Modern.az

Meşə yanğını: Dəhşətli görüntülər - VİDEO

Meşə yanğını: Dəhşətli görüntülər - VİDEO

Dünya

30 İyul 2021, 21:10

Türkiyədə üç gün əvvəl başlayan meşə yanğınları bəzi bölgələrdə davam edir.

 

Modern.az xəbər verir ki, Adana, Antalya, Muğla, Mersin, İzmir və Osmaniyə başda olmaqla 24 bölgədə qeydə alınan 81 meşə yanğınının 70-i nəzarətə alınıb.

 

Türkiyənin kənd təsərrüfatı və meşə naziri Bekir Pakdemirli bildirib ki, yanğınların söndürülməsinə 6 təyyarə, 9 PUA, 1 pilotsuz helikopter, 1 yanğınsöndürmə tankeri, 45 helikopter, 1080 suçiləyici, 55 inşaat maşını və 4 mindən çox şəxsi heyət cəlb olunub.

 

Məlumata görə, Adana vilayətində 20 yanğın faktı qeydə alınıb. Onlardan 14-ü söndürülüb. Bəzi rayonlarda alovlar yaşayış evlərinə yayılıb. Bir çox bölgədə əhali təxliyə edilib. 

 

Bundan əlavə, Antalyada 10 yanğın faktı qeydə alınıb ki, onlardan dördü hələ də davam edir. Vilayətin Manavqat və Akseki rayonlarında yanğın güclü küləyin təsirindən qısa zaman ərzində geniş sahəyə yayılıb. Yanğın nəticəsində üç nəfər həlak olub, çox sayda yaşayış evi yararsız vəziyyətə düşüb.

 

Türkiyədəki meşə yanğınlarından yeni görüntüləri təqdim edirik:

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı