Modern.az

Azərbaycanlı ailələrdə 2 uşaq trendi - STATİSTİKA

Azərbaycanlı ailələrdə 2 uşaq trendi - STATİSTİKA

31 İyul 2021, 09:00

Əhalinin siyahıyaalınmasının sonuncu məlumatlarına əsasən ev təsərrüfatlarının uşaqların sayına görə bölgüsündə 18 yaşadək uşaqları olan ailələrin sayı 1314.5 mindir.

 

Modern.az-ın rəsmi statistikaya əsasən apardığı kiçik araşdırma zamanı məlum olub ki, hazırda Azərbaycanda 2 uşaqlı ailələr üstünlük təşkil edir. Belə ki, 2 uşaqlı ailələrin sayı 529.9 mindir ki, onlar da ümumi statsitikada 40.3 faiz təşkil edir.

 

1 uşaqlı ailələrin sayı isə 396 mindir. Onlar ümumi statistikada 30.1 faiz yer tutur.

 

3 uşaqlı ailələrin sayı 261.9 mindir ki, onlar da ümmi statistikada 19.9 faiz təşkil edir. 4 və çoxuşaqlı ailələrin sayı isə olduqca aşağıdır. Statistikada 4 və çoxuşaqlı ailələrin sayı 126.7 mindir ki, onlar da 9.7 faiz təşkil edir.

 

Rəsmi məlumatlara görə, 4-dən çox uşağı olanlar əsasən kəndlərdə yaşayır. Belə ki, 1 uşaqlı ailələrin 226.9 mini (33.3 %) şəhərlərdə, 169.1 mini (26.7%) kəndlərdədir. 2 uşaqlı ailələrin 276.7 mini (40.7 %) şəhərlərdə, 253.2 mini (40%) kəndlərdədir. 3 uşaqlı ailələrin 120.3 mini (17.7 %) şəhərlərdə, 141.6 mini (22.3 ) kəndlərdədir. 4 və çox uşaqlı ailələrin 56.8 mini (8.3 ) şəhərlərdə, 69.9 mini (11 %) kəndlərdə yaşayır.

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir