Modern.az

Olimpiadada daha 21 nəfər virusa yoluxdu  

Olimpiadada daha 21 nəfər virusa yoluxdu  

31 İyul 2021, 09:20

Son sutka ərzində Tokio Olimpiadası ilə əlaqəli şəxslər arasında koronavirusa yoluxanların sayı daha 21 nəfər artıb.

 

Modern.az xəbər verir ki, bu barədə Olimpiya Oyunlarının təşkilat komitəsi məlumat yayıb.

 

Bildirilib ki, virusa yoluxanlar arasında idmançılar yoxdur. Beləliklə, Oyunlarla əlaqəli şəxslər arasında koronavirusa yoluxanların ümumi sayı 246 nəfərə çatıb.

 

Yaponiya hökuməti Tokioda koronovirus pandemiyası ilə əlaqədar epidemioloji vəziyyət gərgin olduğuna görə, bir gün əvvəl fövqəladə vəziyyət rejiminin müddətini avqustun 31-dək uzadıb. Həmçinin daha dörd prefekturada fövqəladə vəziyyət rejimi yenidən tətbiq olunub.

Fövqəladə vəziyyət rejimi davam etdiyinə görə tamaşaçılar “Tokio-2020”yə buraxılmırlar.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır