Modern.az

Azərbaycanda benzinin qiyməti BAHALAŞDI

Azərbaycanda benzinin qiyməti BAHALAŞDI

31 İyul 2021, 10:14

Bu gün səhər saat 08:00-dan etibarən bütün yanacaqdoldurma məntəqələrində 1,40 manata satılan "Aİ-95" premium benzin 1,45 manata satılmağa başlanılıb.

 

“SOCAR Petroleum” QSC-nin mətbuat katibi Üzeyir Həbibbəyli Modern.az-a bildirib ki, bunun səbəbi "Aİ-95” premium markalı benzinin Azərbaycana idxal qiymətinin artması ilə əlaqədardır:

 

"Məhsulun alış qiymətinin artması onun ölkəmizdə satış qiymətinin də 5 qəpik artmasına səbəb olub”. 

 

Xatırladaq ki, dəyişikliyə qədər “Aİ-95” premium markalı benzinin qiyməti 1,40 manat idi.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı