Modern.az

Marneulinin meri azərbaycanlı ola bilər

Marneulinin meri azərbaycanlı ola bilər

31 İyul 2021, 11:06

Gürcüstanda bələdiyyə və mer seçkilərinə hazırlıq davam edir.

 

Modern.az-ın məlumatın görə, “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyası 64 seçki dairəsi üzrə mer vəzifəsinə namizədlərinin adlarını açıqlayıb.

 

Namizədlər arasında azərbaycanlı da var. Belə ki, hakim partiya azərbaycanlıların kompakt yaşadıqları Kvemo Kartli-Borçalı bölgəsi üzrə Marneuli şəhərinin meri vəzifəsinə Kənan Ömərovun namizədliyini irəli sürüb.

 

Qardabani, Bolnisi, Dmanisi və digər iki rayondan isə azərbaycanlı namizəd yoxdur.

 

Qeyd edək ki, seçki kampaniyasına avqustun 3-dən başlanılacaq. Gürcüstanın Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq Gürcüstan Prezidenti seçkilərə 60 gün qalmış Baş nazirin təqdimatına əsasən seçki kampaniyasının başlanıldığını elan etməlidir.

 

Gürcüstanda mer və sakrebul məclisinə seçkilər oktyabrın 2-nə təyin edilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...