Modern.az

Azərbaycan yanğınsöndürənləri Türkiyədə işə başladılar - FOTO

Azərbaycan yanğınsöndürənləri Türkiyədə işə başladılar - FOTO

31 İyul 2021, 11:13

Azərbaycan yanğınsöndürənləri Türkiyədə fəaliyyətə başlayıblar.

 

Modern.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə qüvvələrinin əməkdaşları Muğla vilayətinin Marmaris bölgəsində yanğınların söndürülməsinə cəlb olunublar.

 

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürmə qüvvələrinin əməkdaşlarından ibarət birinci qrup Türkiyədə tüğyan edən meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə iyulun 31-də qardaş ölkəyə çatıb.

 

Birinci qrupun tərkibində FHN-in 100 əməkdaşı təmsil olunur. Peşəkar və təcrübəli yanğınsöndürənlərdən ibarət qrup üzvləri fərdi yanğınsöndürmə vasitələri ilə tam təmin ediliblər.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Rusiyanın Ermənistandakı bazasına hücum edildi