Modern.az

Meşə yanğınları Alanyaya çatdı - VİDEO

Meşə yanğınları Alanyaya çatdı - VİDEO

31 İyul 2021, 11:19

Türkiyədə meşə yanğınları davam edir.

 

Modern.az xəbər verir ki, ölkəni cənginə alan yanğın turizm bölgəsi olan Alanyaya çatıb. 

 

Yanğın səbəbindən Alanyanın Güzəlbağ məhəlləsində sakinlər evakuasiya edilir. Hazırda alovun qarşısının alınması istiqamətində işlər aparılır.

 

Yanğının yaşayış məntəqələrinə yaxınlaşması insanlar arasında təşvişə səbəb olub.

 

Qeyd edək ki, Türkiyədə davam edən meşə yanğınlarının 85 ocağından 74-ü artıq lokallaşdırılıb.

 

Fidan İlqar

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?