Modern.az

Baş Prokurorluq Eldəniz Səlimovla bağlı Milli Məclisə təqdimat göndərdi

Baş Prokurorluq Eldəniz Səlimovla bağlı Milli Məclisə təqdimat göndərdi

31 İyul 2021, 11:25

Baş Prokurorluq polis əməkdaşını döyən deputat Eldəniz Səlimovun toxunulmazlığına xitam verilməsi üçün Milli Məclisə təqdimat göndərib.

 

Modern.az xəbər verir ki, Milli Məclisin İntizam komissiyasının iclasında bu məsələyə baxılacaq və daha sonra Milli Məclisin iclasında məsələ müzakirə olunacaq.

 

Qeyd edək ki, iyul ayının 29-da saat 01 radələrində Xaçmaz şəhərində yerləşən “Starıy Dvor” restoranında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Eldəniz Səlimovun polis əməkdaşına xidməti vəzifələrinin icrası ilə əlaqədar zor tətbiq etməsi barədə Daxili İşlər Nazirliyindən daxil olmuş material Baş Prokurorluqda araşdırılıb.

 

Toplanmış material üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanıb və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb. Hazırda iş üzrə intensiv istintaq hərəkətləri aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi