Modern.az

Norveçdən gəlmiş nüfuzlu şəxslər Bakı Ali Neft Məktəbində olublar

Norveçdən gəlmiş nüfuzlu şəxslər Bakı Ali Neft Məktəbində olublar

Aktual

19 Oktyabr 2012, 13:57

Oktyabrın 19-da  Norveçin  Petrad Dövlət  Fondunun direktoru Oystein Berg, tanınmış Stavanger  Universitetinini  professoru Ove Tobias  Gudmestad və “Statoil- Azərbaycan” şirkətinin  nümayəndələri  Şahpur  Sotudehmaneş və Sevil Əliyeva Bakı Ali Neft Məktəbinə gələrək, burada yaradılan maddi-texniki şərait və tədris prosesi ilə yaxından tanış olublar.

Qonaqları qəbul edən Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin son illər keçdiyi inkişaf yolundan danışıb, şirkətin Azərbaycanda və ölkədən kənarda həyata keçirdiyi layihələr barədə ətraflı söz açıb. O, Bakı Ali Neft Məktəbinin Azərbaycan Prezidenti İlham Əliyevin 29 noyabr 2011-ci il tarixli fərmanı ilə Azərbaycan Dövlət Neft Şirkətinin strukturunda dövlət müəssisəsi statusunda yaradıldığını qeyd edib.  Bakı Ali Neft Məktəbinin yaradılmasında əsas məqsəd Azərbaycanda beynəlxalq standartlara uyğun, ən müasir tədris planları və texnologiyaları əsasında qurulan təhsil prosesini təşkil etmək, sənayenin müasir tələblərinə cavab verən yüksək ixtisaslı mütəxəssislərə yaranan ehtiyacı ödəmək, ARDNŞ-nin Azərbaycanda və ölkə hüdudlarından kənarda genişlənən fəaliyyətini nəzərə alaraq, müasir biliklərə yiyələnən, ingilis dilli mühəndis kadrları hazirlamaıq olduğunu  qeyd edib.

Görüş çərçivəsində  “Statoil-Azərbaycan” şirkəti və Bakı  Ali Neft Məktəbi  arasında, “Neft-qaz” mühəndisliyi və “Kimya muhəndisliyi” ixtisasları  üzrə  tədris fənlərinə aid inglis  dilində  ədəbiyyat təminatı, hər ixtisas üzrə gələcəkdə  iki tələbənini  müəllim kimi,  Bakı Ali Neft Məktəbində işləməsi şərti  ilə Norveç  universitetlərində dokturanturaya (PHD)  göndərilməsi və “Statoil” şirkətinin  Azərbaycanda  fəaliyyət göstərən  və xaricdən gələn müxtəlif  mütəxəssislərinin  BANM tələbələri qarşısında  məruzələrlə çıxış etmələri haqqında razılıq əldə olunub.

Sonda  Petrad Dövlət Fondunun direktoru Oystein Berg  Petrad  rəhbəri olduğu qurum haqqında  dərc olunmuş kitabı və Stavanger  Universitetinin professoru Ove Tobias  Gudmestad  müəllifi olduğu iki kitabını Bakı Ali Neft Məktəbinin rektoruna  təqdim edib.

Modern.az
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir