Arxiv
31 İyul 2021, 13:05 | AKTUAL
Hava limanında qızıl əməliyyatı  

Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin (HNBGİ) əməkdaşları zərgərlik məmulatlarının Azərbaycanın gömrük sərhədindən bəyan etmədən keçirilməsi cəhdinin qarşısını alıblar.

 

Komitənin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Modern.az-a bildirilib ki, HNBGİ Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan əməliyyat məlumatı əsasında İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşı “Yaşıl kanal” buraxılış sistemi vasitəsilə gömrük nəzarət zonasını tərk etmək istəyərkən saxlanılıb və “Qırmızı Kanal” buraxılış sisteminə yönləndirilib.

 

Vətəndaşın yükləri monitordan keçən zamana şübhəli predmetlərin təsviri görünüb. Yoxlama zamanı vətəndaşa məxsus boz rəngli əl çantasının içərisində gömrük nəzarətinə təqdim edilməyən, yazılı, elektron və şifahi formada bəyan olunmayan, ümumi çəkisi 146 qram qızıl zərgərlik məmulatları – 16 ədəd kulon, 9 ədəd qolbaq, 5 ədəd sikkə, 3 ədəd üzük, 2 cüt sırğa, 1 ədəd kulonlu boyunbağı və 1 ədəd sancaq aşkarlanıb.

 

Faktla bağlı araşdırma aparılır.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv