Modern.az

56 cinayətin üstü “isti izlər”lə açıldı

56 cinayətin üstü “isti izlər”lə açıldı

31 İyul 2021, 14:30

Daxili İşlər Nazirliyi (DİN) iyulun 30-da qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatları açıqlayıb.

 

DİN-in mətbuat xidmətindən Modern.az-a bildirilib ki, respublikanın daxili işlər orqanları ötən gün ərzində törədilmiş 56 cinayətin üstünü “isti izlər”lə açıblar. Əvvəlki dövrlərdən bağlı qalmış 3 cinayətin açılması təmin olunub.

 

Axtarışda olduğuna görə ümumilikdə 42 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 32 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 5 nəfər xəsarət alıb.

 

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 39, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyənləşdirib.

 

Cinayət törətməkdə şübhəli bilinən 66 nəfər saxlanılıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir