Arxiv
31 İyul 2021, 14:37 | AKTUAL
FHN-də yanğınla bağlı müşavirə keçirildi

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətində (DYNX) əməliyyat müşavirəsi keçirilib.

 

Modern.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, xidmət rəisi daxili xidmət general-mayoru Hikmət Abbasovun rəhbərliyi ilə keçirilən əməliyyat müşavirəsində DYNX aparatının şöbə rəisləri və ərazi Dövlət Yanğın Nəzarəti idarələrinin rəisləri iştirak edib.

 

Müşavirədə son günlər ərzində qardaş Türkiyə Respublikasının bəzi bölgələrində tüğyan edən və hazırda davam edən, meşələrdən başlayaraq yaşayış məntəqələrinin ərazilərini bürüyən yanğınlarla bağlı mövcud vəziyyət diqqətə çatdırılıb və onun acı nəticələri təəssüflə qeyd edilib.

 

Xidmət rəisi ölkəmizdə analoji hadisələrin qarşısının alınması məqsədilə təsdiq edilmiş mövcud tədbirlər planı haqqında danışaraq, aidiyyəti dövlət orqanları ilə birgə yüksək risk qrupuna aid edilən, o cümlədən yanğın potensiallı obyekt və ərazilərdə yanğın təhlükəsizliyinə nəzarətin gücləndirilməsinin, informasiya mübadiləsinin aparılmasının və mümkün qabaqlayıcı tədbirlərin görülməsinin vacibliyini bildirib, müvafiq tapşırıqlar verib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv