Modern.az

İranda bir gündə 286 nəfər COVID-19-dan öldü

İranda bir gündə 286 nəfər COVID-19-dan öldü

31 İyul 2021, 14:44

İranda ötən sutka ərzində 286 nəfər koronavirusdan (COVID-19) ölüb.

 

Modern.az-ın məlumatına görə, bu barədə İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi məlumat yayıb.

 

Bildirilib ki, bununla da İranda virusdan ölənlərin sayı 90 630 nəfərə yüksəlib.

 

İranda ötən sutka ərzində 19 846 nəfər koronavirusa yoluxub. Beləliklə, ölkədə virusa yoluxanların sayı 3 871 008-ə çatıb.

 

Virus daşıyıcılarından 5 455 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?