Modern.az

Bodrumda daha bir meşə yanğını

Bodrumda daha bir meşə yanğını

31 İyul 2021, 14:52

Türkiyənin Bodrum şəhərində daha bir meşə yanğını qeydə alınıb.

 

Modern.az xəbər verir ki, Bodrumun Kumbahçe məhəlləsində, İçmeler yolu üzərində yerləşən meşədəki yanğın güclü külək səbəbindən qısa müddətə geniş sahəyə yayılıb.

 

Yanğının yaxınlıqdakı yaşayış yerlərinə keçməməsi üçün yanğınsöndürənlər gərgin iş rejimində fəaliyyət göstərir.

 

Qeyd edək ki, meşə yanğınının səbəbi hələlik bilinmir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi