Modern.az

BMT-dən aclıq fəlakəti ilə bağlı xəbərdarlıq  

BMT-dən aclıq fəlakəti ilə bağlı xəbərdarlıq  

Dünya

31 İyul 2021, 17:27

BMT-nin strukturları tərəfindən hazırlanan son hesabatda dünyanın 23 ölkəsində, xüsusən də Afrika qitəsində aclıq fəlakəti gözlənildiyi barədə xəbərdarlıq edilib.

 

Hesabatda Efiopiyanın Tiqray bölgəsində 401 min nəfərin aclıqla üzləşdiyi, bunun isə 2011-ci ildə Somalidə baş verən fəlakətdən də dəhşətli olduğu qeyd edilib.

 

Bundan başqa, Madaqaskarın cənub bölgəsi, Yəmən, Cənubi Sudan və Şimali Nigeriyada kəskin ərzaq qıtlığı yaranıb. Bu ölkələrdə aclığın əsas səbəbi quraqlıqdır. BMT-nin ekspertləri qeyd ediblər ki, ötən il planetdə 155 milyon insan aclıq fəlakəti ilə üzləşib, cari ildə isə bu rəqəm daha da artacaq. Artımın əsas səbəbi COVID-19 pandemiyası, silahlı münaqişələr, quraqlıq və bu ölkələrdə yarıtmaz idarəçilikdir.

 

Hesabatda Əfqanıstan, Mərkəzi Afrika Respublikası, Burkina Faso, Konqo, Haiti, Honduras, Sudan və Suriyada da aclıq təhlükəsi olduğu bildirilib. BMT-nin Dünya Ərzaq Proqramı Əfqanıstanda ilin sonunadək 3,5 milyon insanın aclıq və yoluxucu xəstəliklərdən həyatını itirəcəyi barədə proqnoz verib. ABŞ və NATO qoşunlarının bu ölkəni tərk etməsindən sonra humanitar fəlakət dözülməz həddə çatıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...