Arxiv
31 İyul 2021, 17:50 | AKTUAL
Yoluxma sayı açıqlandı - 1 nəfər vəfat edib

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 633 yeni yoluxma faktı qeydə alınıb, 174 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib.

 

Azərbaycanda indiyədək ümumilikdə 343849 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 332926 nəfər müalicə olunaraq sağalıb, 5023 nəfər vəfat edib, aktiv xəstə sayı 5900 nəfərdir.


Ölkədə son sutka ərzində 10386, hazırkı dövrədək isə 4034340 test aparılıb.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv