Arxiv
31 İyul 2021, 19:40 | AKTUAL
Bir gündə rekord sayda peyvənd vuruldu

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 86 790 vaksin vurulub.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 52 276, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 34 514 nəfərdir.

 

Ölkədə vurulan vaksinlərin ümumi sayı 4 972 362, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 2 880 131, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2 092 231 təşkil edir.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv