Arxiv
31 İyul 2021, 20:09 | AKTUAL
Bodrumda daha bir yanğın - 3 otel boşaldıldı

Muğlanın Bordum rayonunda çıxan yanğınlar İçmeler məhəlləsində yerləşən otellərə yaxınlaşıb.

 

Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, polis əməkdaşları 5 ulduzlu 3 otelin sakinlərini təxliyyə edib.

 

Bir helikopter havadan yanğına müdaxilə edərək alovun önünü kəsib. Küləyin mütəmadi olaraq yön dəyişdirməsi alovları başqa bir səmtə yönəldib.

 

Alovların yaşayış məntəqələrinə sıçramaması üçün çalışmalar davam etdirilir.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv