Modern.az

FHN generalı Türkiyədəki yanğınla bağlı son vəziyyəti açıqladı

FHN generalı Türkiyədəki yanğınla bağlı son vəziyyəti açıqladı

31 İyul 2021, 20:24

"Azərbaycan Prezidenti cənab Ali Baş Komandan İlham Əliyevin tapşırığı əsasında Türkiyədə baş vermiş güclü yanğınlarla mübarizədə Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin əməkdaşları Türkiyəyə yola salınıb".

 

Modern.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Fövqəladə Hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev deyib.

 

"Bildiyiniz kimi, dünən bizim birinci dəstəmiz Türkiyəyə yola salınıbr. Hazırda onlar Marmarisdən 11 km aralıda yanğına qarşı mübarizə aparırlar. Bu gün aldığımız məlumata görə, yanğın davam edir, bizim əməkdaşlar yerli əməkdaşlarla birlikdə koordinasiya şəklində yanğını söndürməyə çalışırlar" - deyə nazir müavini bildirib.

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı