Arxiv
1 Avqust 2021, 08:45 | HADİSƏ
Şəmkir sakini qolundan bıçaq xəsarəti aldı

Şəmkirdə bıçaqlanma hadisəsi baş verib.

 

Modern.az-ın məlumatına görə, hadisə rayonun Natavan küçəsində qeydə alınıb.

 

Ələkbərov Nizami qolunun bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Xəstənin yaraları tikilib, vəziyyəti kafidir.

 

Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil. Faktla bağlı araşdırma aparılır.

   
BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv