Modern.az

Mingəçevirdə təcili yardım maşını qəzaya düşdü

Mingəçevirdə təcili yardım maşını qəzaya düşdü

1 Avqust 2021, 09:14

Mingəçevirdə təcili yardım maşını qəzaya uğrayıb.

 

Modern.az-ın məlumatına görə, hadisə 20 yanvar küçəsində baş verib. “VAZ 2107” markalı maşın çağırışa gedən “Mercedes” sprinter markalı təcili yardım maşını ilə toqquşub.

 

Qəza zamanı xəsarət alan olmasa da avtomobillərə ciddi ziyan dəyib.

 

Faktla bağlı araşdırma aparılır.

 
 
 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir