Modern.az

Sumqayıtda üçotaqlı ev yandı

Sumqayıtda üçotaqlı ev yandı

Hadisə

1 Avqust 2021, 09:19

Sumqayıt şəhərində ümumi sahəsi 110 kvadratmetr olan birmərtəbəli evdə yanğın baş verib.

 

Modern.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadla xəbər verir ki, üçotaqlı evin iki otağının yanar konstruksiyaları və dam örtüyü 60 kvadratmetr sahədə yanıb.

 

Evin qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!