Arxiv
1 Avqust 2021, 09:59 | HADİSƏ
Suraxanıdakı yanğının səbəbi məlum oldu: yararsız sayğaclar...

Ötən gün sosial şəbəkədə Suraxanı rayonunda, Zığ şossesi yaxınlığında məişət tullantılarının yanması ilə bağlı məlumat yayılıb.

 

Suraxanı Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyindən Modern.az-a bildirilib ki, yanğın hadisəsi Suraxanı rayonunda, “Azərsu” ASC-nə məxsus Aerasiya stansiyasının boş ərazisində baş verib və bu zaman məişət tullantıları deyil, stansiyanın ərazisinə yığılmış böyük miqdarda yararsız su sayğaclarının bir hissəsi yanıb.

 

Yanğın qısa müddət ərzində Dövlət Yanğından Mühafizə Xidməti əməkdaşları tərəfindən söndürülüb, məsələnin araşdırılması Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri tərəfindən həyata keçiriləcəkdir.

 
BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv