Modern.az

Azər Kərimli: “Jirinovski  saxtakar və siyasi kloundur”

Azər Kərimli: “Jirinovski  saxtakar və siyasi kloundur”

Parlament

1 Avqust 2021, 14:25

Vladimr Jirinovski kimi şəxslər öz aqressiv bəyanatları və davranışları ilə Rusiya ilə tərəfdaşlıq münasibətlərində olan ölkələrin xalqlarını da narazı salır, nəticədə öz ölkələri ətrafında neqativ atmosferin formalaşmasına zəmin yaradırlar.


Bu sözləri Modern.az saytına açıqlamasında millət vəkili, Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Azər Kərimli deyib.


Millət vəkili qeyd edib ki, Rusiya Liberal Demokrat Partiyasının sədrinin nə liberlizm, nə də demokratiya ilə yaxından uzağa heç bir əlaqəsi yoxdur:

 

“Özünün yaratdığı partiyanın ideoloji prinsiplərinə zidd çıxışlar edən bir insan Rusiyanın maraqlarına münasibətdə necə səmimi ola bilər ki? Jirinoski liberalizm və demokratiya sözlərinin arxasında gizlənən saxtakardır, siyasi kloun və marionetdir. Diqqət yetirsəniz Jurinovskinin əksər hallarda Rusiya-Azərbaycan münasibətlərinin inkişafı üçün perspektivlər açıldığı zaman gündəmə sarsaq açıqlamaları ilə gəldiyinə, məqsədyönlü şəkildə ölkəmizi hədəfə aldığına əmin ola bilərsiniz. Bu da onun sifarişlə hərəkət etdiyini, Rusiya-Azərbaycan münasibətlərində maraqlı olmayan qüvvələrin, o cümlədən yaxın əlaqədə olduğu Ara Abramyanın və digərlərinin sifarişini yerinə yetirdiyini təsdiqləyir”.

 

Azər Kərimlinin sözlərinə görə, Jirinovski kimi adamlar Rusiya siyasətinin üz qarasıdır və belələri çoxmillətli ölkə olan Rusiyada millətlərarası münasibətlərə də ciddi zərbə vururlar:

 

“Onun mütəmadi olaraq türk və Qafqaz xalqlarına qarşı aqressiv fikirlər səsləndirməsi, Rusiyanın mövcudluğunu təmin edən millətləri hədəfə alması, bu şəxsin Ruisyanın ən böyük düşməni olduğunu təsdiqləyir. Bəşəriyyətin faşizm bəlasından qurtulmasında digər keçmiş SSRİ respublikalarından biri kimi müstəsna rolu olan Rusiyanın siyasi arenasında faşizm ideyalarının təbliği ilə məşğul olan bir siyasətçinin mövcudluğu təəssüf doğurur. Belərləri Rusiyanın dostlarını da düşmənə çevirmək üçün əllərindən gələni əsirgəmirlər. Bu baxımdan, nə qədər ki, Rusiya siyasətində Jirinovski kimi hədyançılar var, o zamana kimi Avrasiya məkanında sülhü, əminamanlığı təmin etmək çətin olacaq və Rusiya ilə, hətta ortaq dəyərləri bölüşən xalqlar da ondan uzaqlaşmaq yolunu seçəcəklər”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı