Modern.az

Ermənilər Xankəndini niyə TƏRK EDİR?   

Ermənilər Xankəndini niyə TƏRK EDİR?   

Qarabağ

1 Avqust 2021, 15:03

Rusiya sülhməramlı qüvvələrinin Qarabağdakı müvəqqəti nəzarət zonasında qalan separatçı rejimin nümayəndələri erməni əhalisinə müraciət ediblər.

 

Modern.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı yazıb.


Bir gün əvvəl Xankəndinin erməni əhalisi arasında Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin şəhərə girməsi ilə bağlı məlumat yayılıb. Bu məlumat sosial şəbəkələrdə də geniş əks-səda doğurub.


Şəhəri tərk etmək qərarına gələn yüzlərlə Qarabağ ermənisi arasında dolaşan şayiələrə əsasən, Şuşa şəhəri yaxınlığında baş vermiş atışma separatçı administrasiyanın bir hissəsinin Azərbaycanın qanuni hökuməti ilə əməkdaşlığa hazır olduğunu bildirməsi ilə nəticələnib.


Lakin separatçı administrasiyanın nümayəndəsi Hunan Tadevosyan əhalini sakitləşdirməyə tələsib və onları yeni həyata – Şuşa və Xankəndi ətrafında tez-tez atışmalara alışmağa çağırıb.


Tadevosyan deyib ki, Xankəndində kiçik bir polis qrupunun zabitləri gecə-gündüz növbədədir. 

 

Ancaq erməni mətbuatının yazdığına görə, Tadevosyanın çıxışı şəhər əhalisini daha da təşvişə salıb. Və sosial şəbəkələrdə hələ də şəhərə daxil olan Azərbaycan Ordusunun bölmələri haqqında məlumat verirlər.

 

 

Aysel Məhərrəm

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir