Modern.az

Qaraçuxur sakinləri: “Xüsusi əməliyyat zamanı “Yağmur”dan 30-40 nəfər tutub apardılar” - REPORTAJ

Qaraçuxur sakinləri: “Xüsusi əməliyyat zamanı “Yağmur”dan 30-40 nəfər tutub apardılar” - REPORTAJ

Aktual

19 Oktyabr 2012, 17:36


Paytaxtın Qaraçuxur qəsəbəsində dünən axşam saatlarında baş verən silahlı insidentlə əlaqədar, “Yağmur” şadlıq evinin ətrafı polis nəzarətində saxlanılır. Ərazidə olan Modern.az saytının əməkdaşları "Yağmur" şadlıq evinin dörd tərəfinin polis işçiləri tərəfindən əhatələndiyini müşahidə ediblər. Bundan başqa, restorana polislərdən başqa heç kimin buraxılmasına icazə verilmir. Ətrafda yaşayan insanlar isə məlum hadisə haqqında öz aralarında söhbət edirlər. Söhbət edənlər dünən baş verən hadisəni kriminal filmlərə bənzədirdilər.

Yaxınlaşıb söhbət edənlərdən məlumat almağa çalışsaq da, bu haqda danışmaq istəmədilər. Buna baxmayaraq, ərazidə yaşayan sakinlərdən biri - "Yağmur"a yaxın binanın sakini Firuz Abbasov saytımıza açıqlamasında bildirdi ki, ötən axşam restoran tərəfdən atışma səsininin gəldiyini eşidərək, oraya yaxınlaşıblar:

“Ətraf polis nəzarəti altında idi. Heç kimi oraya yaxınlaşmağa buraxmırdılar. Atışma elə də çox davam etmədi. Yəni qarşılıqlı atışma hiss olunmadı. Haradasa 15 dəqiqə ərzində hamısını avtobuslara yığaraq apardılar. Tutulanlar haradasa 30-40 nəfər olardı”.
F.Abbasov restoranın bir ay olar ki, istifadəyə verildiyini deyir:
“Heç restoranın birinci mərtəbəsi təmir olunmayıb. Burada toylar olurdu. Bundan əvvəl orada toylar olub, amma belə hadisə ilk dəfədir baş verir.

Daxili İşlər Nazirliyinin məlumatına görə, bir qrup şəxsin “Yağmur” restoranında toplantı keçirməsi barədə nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə əməliyyat məlumatı daxil olub.

Məlumat araşdırılıb və təsdiqini tapandan sonra hadisə yerinə əməliyyat qrupu göndərilib. Əməliyyat zamanı toplantıda iştirak edən şəxslər saxlanılıb. Hazırda faktla bağlı araşdırma aparılır.

 

 

 

 

 

 


Anar Kəlbiyev
Foto:Elçin Ağayev

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?