Arxiv
2 Avqust 2021, 09:16 | MƏDƏNİYYƏT
Fəxrəddin Manafov üçün özəl gün  

Bu gün Azərbaycanın Xalq artisti, tanınmış aktyor Fəxrəddin Manafovun doğum günüdür.

 

Modern.az-ın məlumatına görə, aktyorun 66 yaşı tamam olur.



Qeyd edək ki, Fəxrəddin Manafov 1955-ci ildə Xankəndidə anadan olub.

 

1975-1980-ci illərdə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsil alıb. 1971-1974-cü illərdə A.M.Şərifzadə adına Aktyor evində kinomexanik, 1976-1978-ci illərdə Tədris teatrında aktyor kimi fəaliyyət göstərib. 1989-1993-cü illərdə "Yuğ" Dövlət teatrında aktyor işləyib. 1978-ci ildən Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında filmlərə çəkilib.

 

1987-ci ildə Azərbaycanın Əməkdar artisti, 2000-ci ildə isə Xalq artisti fəxri adlarına layiq görülub.

 

Aktyor bir çox filmlərdə rol alıb. Ən sevilən obrazı isə "Təhminə" filmindəki Zaurdur.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv