Modern.az

Ermənistan parlamentinin ilk iclasını Həsənov aparır

Ermənistan parlamentinin ilk iclasını Həsənov aparır

2 Avqust 2021, 12:21

Ermənistanın 7-ci çağırış parlamenti bu gün öz işinə başlayıb.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, ilk iclas ən yaşlı deputatın, milliyətcə yezdi kürdü olan Knyaz Həsənovun başçılığı ilə açılıb.

 

Deputatların andiçməsi başa çatdıqdan sonra parlament sədri, vitse-spikerlər və komissiya sədrlərinin seçkisi olacaq. Yeni vitse-prezidentlərdən biri müxalifət nümayəndəsi olacaq.

 

Həmçinin, ilk iclasda Ermənistan hökuməti istefa verəcək, 10 gün ərzində prezident yeni təyinatlar edəcək və baş nazir seçildikdən sonra 20 gün ərzində yeni nazirlər kabineti təsdiqlənəcək.

 

Artıq Nikol Paşinyan parlamentdə əksər kürsülərə sahib olan “Vətəndaş müqaviləsi” fraksiyası tərəfindən baş nazir postuna namizəd irıli sürülüb. Müxalifətdəki “Ermənistan” bloku isə vitse-spiker postuna daşnak İşxan Saqatelyanı irəli çəkib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ŞOK İddia: Göyçə boşaldılır - Kəlbəcərdən ordu girir