Modern.az

Mahir Qabiloğlu Prezident təqaüdünə layiq görülüb

Mahir Qabiloğlu Prezident təqaüdünə layiq görülüb

Ədəbi̇yyat

2 Avqust 2021, 13:59

Tanınmış yazıçı, publisist, jurnalist və tərçüməçi Mahir Qabiloğlu bu günlərdə Prezident təqaüdünə layiq görülüb.

Modern.az saytının məlumatına görə, M.Qabiloğlunun adı Yazıçılar Birliyinin təqdimatı ilə bir il Prezident təqaüdü alacaq 70 nəfərin siyahısında yer alır.

Ədəbi faəliyyətinin bu cür qiymətləndirilməsindən razılıq edən M.Qabiloğlu Modern.az-a açıqlamasında təqdimata görə Yazıçılar Birliyinin sədri Anara və onun köməkçisi Rauf Aslanova təşəkkür edib. O, bundan sonrakı yaradıcılığının yeni əsərlərlə davam edəcəyini bildirib.


Mahir Qabiloğlu 11 il AzTV-nin "Xəbərlər" redaksiyasında müxbir, redaktor vəzifələrində işləyib, daha sonra bir müddət “Space” televiziyasının “Hər gün” İnformasiya Proqramında redaktor, baş redaktorun müavini postunda çalışıb. Bundan başqa, bir neçə il Prezident Administrasiyasının kurasiyasında olan “Xalq qəzeti”ndə Redaksiya Heyətinin üzvü və İnformasiya şöbəsinin müdiri vəzifələrində fəaliyyət göstərib.

M.Qabiloğlu ölkə Prezidentinin qızı Leyla Əliyevanın şeirlərinin Azərbaycan dilinə tərcüməsinin müəllifi kimi də tanınır.

Yazıçı, jurnalist, publisist kimi 12 kitabın müəllifi, şair Qabilin 7 cildlik "Əsərlər" külliyyatının tərtibçisi, redaktoru və naşiridir. Müxtəlif qəzet, jurnal və saytlarda bədii, publisistik yazıları və tərcümələri yayımlanır. 


Azərbaycan Jurnalistlər Birliyi və Azərbaycan Yazıçılar Birliyinın üzvüdür.


Xatırladaq ki, Azərbaycan Yazıçılar Birliyi hər il 70 nəfər yaşlı, orta və gənc nəsildən olan yazıçı-şairlərin adını Prezident təqaüdünə təqdim edir. Gənc yazarlar üçün Prezident təqaüdü 200, yaşlı və orta nəsil şair-yazıçılar üçün 300 manat müəyyən olunub. Təqaüdün müddəti bir ildir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır