Modern.az

Azərbaycan daha 20 ölkə ilə hava sərhədlərini açdı - SİYAHI

Azərbaycan daha 20 ölkə ilə hava sərhədlərini açdı - SİYAHI

Ölkə

2 Avqust 2021, 14:26

Avqustun 5-dən 20 ölkənin vətəndaşlarının hava nəqliyyatı vasitəsilə Azərbaycan Respublikasına giriş-çıxışına icazə verilir.

 

Modern.az xəbər verir ki, Nazirlər Kabineti “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 26 may tarixli 151 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında” Qərar imzalayıb.

 

Qərara əsasən, 2021-ci il 5 avqust tarixindən hava nəqliyyatı vasitəsilə aşağıdakı ölkələrin vətəndaşlarının və həmin ölkələrdə daimi yaşayan digər ölkə vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına giriş-çıxışına bu Qərarın 2.5-1.1-ci və 2.5-1.3-cü bəndlərinin tələbləri nəzərə alınmaqla icazə verilir:

 

- Almaniya Federativ Respublikası;

- Avstriya Respublikası;

- Belçika Krallığı;

- Çexiya Respublikası;

- Danimarka Krallığı;

- İrlandiya Respublikası;

- İspaniya Krallığı;

- İsveç Krallığı;

- İsveçrə Konfederasiyası;

- Kanada;

- Lüksemburq Böyük Hersoqluğu;

- Malta Respublikası;

- Niderland Krallığı;

- Polşa Respublikası;

- Portuqaliya Respublikası;

- Serbiya Respublikası;

- Sinqapur Respublikası;

- Sloveniya Respublikası;

- Slovakiya Respublikası;

- Yunanıstan Respublikası.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir