Modern.az

Yoluxma azaldı - Daha 3 nəfər vəfat etdi

Yoluxma azaldı - Daha 3 nəfər vəfat etdi

2 Avqust 2021, 16:14

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 431 yeni yoluxma faktı qeydə alınıb, 139 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan şəxslərdən 3 nəfər vəfat edib.

 

Azərbaycanda indiyədək ümumilikdə 344951 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 333267 nəfər müalicə olunaraq sağalıb, 5030 nəfər vəfat edib, aktiv xəstə sayı 6654 nəfərdir.

 

Ölkədə son sutka ərzində 6238, hazırkı dövrədək isə 4049978 test aparılıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?