Modern.az

Erməni hərbçinin ölüm səbəbi hər kəsi təəccübləndirdi

Erməni hərbçinin ölüm səbəbi hər kəsi təəccübləndirdi

2 Avqust 2021, 17:22

Bu gün Azərbaycanın Qarabağ bölgəsində erməni əsgərin ölümü barədə məlumat yayıldı.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, sülhməramlıların nəzarət etdiyi zonada baş verən insident 22 yaşlı Parqev Marqaryanın ölümü ilə nəticələnib.

 

İyulun 29-da hərbi hissəni tərk edən Marqaryan iyulun 31-də meşəlik ərazidə ölü tapılıb. Onun cəsədinə baxış zamanı Marqaryanın sağ əlinin amputasiya olunduğu, döş qəfəsi və qarın boşluğunda çoxsaylı xəsarətlər aşkar olunub.

 

Marqaryanın üzərində qanunsuz gəzdirdiyi qumbaranı partlatması zamanı həlak olduğu ehtimal edilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir