Modern.az

Polis aksiya ilə bağlı həbslərə başladı

Polis aksiya ilə bağlı həbslərə başladı

Aktual

20 Oktyabr 2012, 13:20

İctimai Palatanın Bakıdakı Fəvvarələr meydanında saat 15.00-a planlaşdırdığı bugünkü aksiyası ilə bağlı Müsavat Partiyasının qərargahı polis  nəzarətinə götürülüb. 
Modern.az bildirir ki, aksiya ilə bağlı polis ilkin həbslər aparır. Artıq Müsavat Gənclər Təşkilatının Qubadlı özəyinin sədri Elman Elxanoğlu Qubadlı polis idarəsinə aparılıb.  Polislər eyni zamanda Müsavat Gənclər Təşkilatının sədr müavini Əhəd Məmmədlinin evində axtarış aparırlar. Müsavat Partiyasının qərargahı qarşısındakı maşın təmiri obyektləri boşaldılıb. 

   
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər