Arxiv
2 Avqust 2021, 22:44 | DÜNYA
Əməkdar artist koronavirusdan öldü

Rusiyanın Əməkdar artisti Anatoli Rudakov 72 yaşında dünyasını dəyişib.

 

Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, tanınmış aktyor koronavirusdan vəfat edib. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

 

Qeyd edək ki, Rudakov "Fənərləri sınmış küçələr", "Çağırış", "Milli Təhlükəsizlik Agenti", "Kapitan Qrantın axtarışında", "Şerlok Xolmes"  və "Dəniz şeytanları" kimi məşhur filmlərdə rol alıb.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv