Arxiv
2 Avqust 2021, 23:33 | DÜNYA
Türkiyədə beş gündə 132 yanğın olub  

Son beş gün ərzində Türkiyədə baş verən 132 yanğın hadisəsindən 125-i nəzarət altına alınıb.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyənin meşə və kənd təsərrüfatı naziri Bekir Pakdemirli bildirib. 

 

Onun sözlərinə görə, hazırda 7 bölgədə yanğınsöndürmə işləri davam edir. Bundan əlavə, kənd yerlərində baş vermiş 78 yanğının qarşısı alınıb.

 

Nazir ölkə üzrə yanğınların söndürülməsinə 16 təyyarə, doqquz pilotsuz uçuş aparat, 51 helikopter, 1 ədəd pilotsuz helikopter, 850 yanğınsöndürən avtomobil və beş mindən çox canlı qüvvənin cəlb olunduğunu diqqətə çatdırıb.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv