Arxiv
3 Avqust 2021, 10:22 | DÜNYA
İran prezidentinin inauqurasiyasına kimlər qatılacaq? - SİYAHI

İranın yeni prezidenti İbrahim Rəisinin inauquriasiya mərasimi avqustun 5-də baş tutacaq.

 

Modern.az xəbər verir ki, mərasim Bakı vaxtı ilə saat 16:30-da Tehranda başlayacaq. Bundan öncə, avqustun 3-də isə ölkə parlamentində ali dini lider, ayətullah Əli Xameneyi və rəsmi şəxslərin qatıldığı mərasimdə Rəisinin prezident postuna təsdiqlənməsi proseduru yekunlaşacaq.

 

İnauqurasiya mərasimindən sonra ölkə parlamenti prezidentin təklif etdiyi yeni Nazirlər Kabinetini təsdiq etməlidir:

 

Qeyd edək ki, avqustun 5-də baş tutacaq inauqurasiya mərasimində Azərbaycanı spiker Sahibə Qafarova təmsil edəcək.

 

Bundan başqa, inauqurasiya mərasminə Türkmənistan, Pakistan, Türkiyə, Ermənistan, Gürcüstan, Rusiya, İraq, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Hindistan, Çin, Tacikistan, Qazaxıstan, Özbəkistan rəsmiləri də qatılacaq. Bu ölkələr xarici işlər naziri, parlament sədri, yaxud fərqli qurum rəhbərləri səviyyəsində təmsil olunacaq.

İraqdakı kürd muxtariyyətinin rəhbəri Nəçirvan Bərzani, OPEK-in Baş katibi Məhəmməd Barkindo artıq iştiraklarını təsidq ediblər.

Xatırladaq ki, İbrahim Rəisi iyunun 18-də baş tutan prezident seçkilərində 61,95% səs toplayaraq qalib gəlib.  

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv