Arxiv
3 Avqust 2021, 11:00 | PARLAMENT
Milli Məclisin növbədənkənar iclası BAŞLADI

Milli Məclisin növbədənkənar sessiyasının plenar iclası başlayıb.

 

Modern.az xəbər verir ki, iclasa spiker Sahibə Qafarova sədrlik edir. 

 

96 deputatın iştirak etdiyi toplantıda "Milli Məclisin deputatı Eldəniz Adil oğlu Səlimovun toxunulmazlığına xitam verilməsi haqqında" məsələ müzakirə olunur.

 

Xatırladaq ki, iyulun 29-da saat 1 radələrində Xaçmaz şəhərində yerləşən “Starıy Dvor” restoranında Milli Məclisin deputatı Eldəniz Səlimovun polis əməkdaşına xidməti vəzifələrinin icrası ilə əlaqədar zor tətbiq etməsi barədə Daxili İşlər Nazirliyindən daxil olan material Baş Prokurorluqda araşdırılıb.

 

Toplanan material üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanıb və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb.

 

İş üzrə intensiv istintaq hərəkətləri aparılır.

 

Xəbər yenilənir...

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv