Bu gün Müsavat Partiyası Məclisinin növbəti toplantısı olub. Modern.az-a bu haqda məlumat verən Müsavat başqanının müavini Gülağa Aslanlı bildirib ki, partiyanın qərargahı mülki geyimli şəxslər və polis qüvvələri tərəfindən mühasirəyə alınıb.
“Qərargahın ətrafında çoxlu polis maşınları və avtomobil dayanıb. Ən qəribəsi də odur ki, polislər hətta döyüş paltarındadırlar. Sanki döyüşə hazırlaşırlar. Amma Müsavat Partiyasının məclisi öz işini davam etdirir. Hələ ki, polislər içəri girməyiblər. Mülki geyimlilər içəri daxil olmağa cəhd etsələr də, bizim gənclər qapının qarşısında dayanaraq onları buraxmayıblar”, - deyə G. Aslanlı qeyd edib.