Arxiv
3 Avqust 2021, 11:10 | DÜNYA
Ermənistanın yeni spikeri fahişəliyin leqallaşdırılmasını DƏSTƏKLƏYİB

Ermənistan parlamenti dünənki iclasında yeni spikeri təsdiq etdi.

 

Modern.az xəbər verir ki, “Vətəndaş müqaviləsi” partiyasının üzvü Alen Simonyan səs çoxluğu ilə bu postu tutdu.

Yerli mətbuat yeni spikerlə bağlı maraqlı məlumat dərc edib. Məlum olub ki, hələ 2017-c ildə Simonyan sıravi partiya üzvü kimi 8 tələb irəli sürüb.

 

Həmin tələblər sırasında marixuananın leqallaşdırılması, fahişəliyin leqallaşdırılması, pornoqrafik materialların istehsalı və yayılması, eynicinsli nikahların rəsmiləşməsi, Ermənistanla ABŞ və Avropa ölkələri arasında viza rejiminin ləğv olunması, yol polisinin ləğvi, Ermənistan, Gürcüstan və Azərbaycan arasında vahid beynəlxalq strukturun yaradılması və orduya məcburi çağırışın ləğvi yer alıb.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv