Arxiv
3 Avqust 2021, 11:26 | PARLAMENT
“Uğurlarımıza kölgə salınmasına icazə verməməliyik”  - Deputat

“Bugünkü müzakirə hədsiz dərəcədə üzücüdür. Biz bu mandatı icad etməmişik. Biz bunu seçicilərin haqqı ilə qazanmışıq”.

  

Modern.az xəbər verir ki, bunu Milli Məclisin növbədənkənar sessiyasının bu gün keçirilən plenar iclasında çıxış edən deputat Məlahət İbrahimqızı deyib.

 

“44 günlük Vətən müharibəsində hər birimiz arxa cəbhədə mübarizə apardıq. Biz hər bir əməlimizdə bunu nəzərə almalıyıq. Məsuliyyətsizlik parlamentin adına ləkə gətirə bilməz. Qazanılan uğurlara kölgə salınmasına icazə verməli deyilik”.

 

Qeyd edək ki, növbədənkənar sessiyanın gündəliyinə Milli Məclisin deputatı Eldəniz Adil oğlu Səlimovun toxunulmazlığına xitam verilməsi haqqında məsələ daxil edilib.

 

       
BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv