Modern.az

“Eldəniz Səlimov bağışlanmaz hərəkətə yol verib” – Komitə sədri

“Eldəniz Səlimov bağışlanmaz hərəkətə yol verib” – Komitə sədri

Parlament

3 Avqust 2021, 11:37

“Təəssüflər olsun ki, bu gün biz Milli Məclisin bir üzvünün Azərbaycan zabitinə qarşı dələduzluğunu müzakirə edirik. Bizim deputat həmkarımız Eldəniz Səlimov bağışlanmaz hərəkətə yol verib”.

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev parlamentin növbədənkənar sessiyasının plenar iclasında deyib.

 

“Yerlibazlıq etməli deyilik. Cəmiyyəti qıcıqlandıracaq hərəkətlərə yol vermək olmaz. Burada xuliqanlıq, özbaşınalıq, qanuna hörmətsizlik elementləri var. Biz qanunlar qəbul edirik. Eldəniz Səlimovun özü çıxış etsəydi, daha yaxşı olardı. Hesab edirəm ki, cəmiyyətin diqqəti bu müzakirələrdədir. Cəmiyyət görsün ki, Milli Məclis belə hərəkətləri bağışlamır”, - deyə komitə sədri vurğulayıb.

 

Qeyd edək ki, Milli Məclisin növbədənkənar sessiyasının plenar iclası keçirilir. Növbədənkənar iclasda "Milli Məclisin deputatı Eldəniz Adil oğlu Səlimovun toxunulmazlığına xitam verilməsi haqqında" məsələ müzakirə olunur. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir