Modern.az

Sabiq deputat partiyadan istefa verdi

Sabiq deputat partiyadan istefa verdi

3 Avqust 2021, 12:02

Gürcüstan parlamentinin sabiq azərbaycanlı deputatı Azər Süleymanov təmsil olunduğu Vahid Milli Hərəkat partiyasının sıralarından ayrılıb.

 

Modern.az xəbər verir ki, bu barədə sabiq deputat özü məlumat yayıb. Azər Süleymanov sosial şəbəkə hesabında bunları qeyd edib:

 

“Əziz həmvətənlilərim!

 

İllərdir ki ,hər çətin vəziyyətdə mənimlə birgə oldunuz, heç bir vaxt dəstəyinizi əsirgəmədiniz. Hər zaman qürur və iftixar mənbəyim oldunuz. Bunun üçün hər birinizə dərin minnətdarlığımı bildirirəm! Ola bilsin bu illər ərzində sizlərə qarşı hansısa səhf bir addımım olub, buna görə sizlərdən üzr istəyirəm.

 

Mənim üçün asan olmasa da mən bu gün çox çətin bir qərar verməli oluram. İllərdir siyasi yolda birlikdə olduğum Vahid Milli Hərəkat partiyasını tərk edirəm. Bundan sonra siyasi fəaliyyətimi müvəqqəti olaraq dayandırıram. Bu qərarın səbəbi partiyada olan bəzi insanların bizim xidmətlərimizi və siz seçicilərin fikirlərini layiqli şəkildə dəyərləndirməmək oldu. Son bir ildə baş verən hadisələr bunun bariz nümunəsidir.

 

Mənim partiyada olan çoxlu sayda dostlarıma olan hörmətim naminə bəzi detalları açıqlamaq istəmirəm. Düşünürəm ki, bütün bunlara rəğmən VMH partiyasında öz fəaliyyətimi davam etdirməyim sizlərə qarşı haqsızlıq olar.

 

Hər birinizə təşəkkür edirəm!”

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putinlə görüşə gedir