Arxiv
3 Avqust 2021, 12:13 | PARLAMENT
“Polisə deyib ki, fəxr elə səni deputat döyüb”  

“Milli Məclisin üzvü öz səlahiyyətini aşıb. Polis zabitini yanına çağırıb və deyib ki, fəxr elə, səni Milli Məclisin deputatı döyüb”.

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin İntizam komissiyasının sədr müavini, deputat Fəzail Ağamalı parlamentin bugünkü iclasında çıxışı zamanı deyib.

 

Deputat bildirib ki, hər bir şəxs qanun qarşısında bərabərdir: “Bizə bu cür millət vəkili lazım deyil. Deputat cəmiyyətə nümunə olmalıdır”.

 

Qeyd edək ki, Milli Məclisin növbədənkənar sessiyasının plenar iclası keçirilir. Növbədənkənar iclasda "Milli Məclisin deputatı Eldəniz Adil oğlu Səlimovun toxunulmazlığına xitam verilməsi haqqında" məsələ müzakirə olunur. 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv