Modern.az

“Eldəniz Səlimovun hərəkəti Milli Məclisin nüfuzuna xələl gətirmir” - Baş prokuror

“Eldəniz Səlimovun hərəkəti Milli Məclisin nüfuzuna xələl gətirmir” - Baş prokuror

Parlament

3 Avqust 2021, 12:28

“Eldəniz Səlimovun hərəkətləri Milli Məclisin nüfuzuna xələl gətirmir. Hesab edirəm ki, gələcəkdə belə hallar olmayacaq”.

 

Modern.az xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev Milli Məclisin bu gün keçirilən iclasında deputatların suallarını cavablandırarkən deyib.

 

Baş prokuror qeyd edib ki, sosial şəbəkələrdə, elektron mətbu orqanlarda etik qaydalara riayət etmədən məlumatların yayılması halları olur:

 

“Bununla bağlı prokurorluq orqanları fəaliyyəti davam etdirir. Bununla əlaqədar inzibati, cinayət məsuliyyətinə cəlb olunanlar var”.

 

Qeyd edək ki, hazırda Milli Məclisin növbədənkənar sessiyasının plenar iclası keçirilir. Növbədənkənar iclasda "Milli Məclisin deputatı Eldəniz Adil oğlu Səlimovun toxunulmazlığına xitam verilməsi haqqında" məsələ müzakirə olunur. 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir