Modern.az

Sahibə Qafarova: “Deputat hər kəsə nümunə olmalıdır”

Sahibə Qafarova: “Deputat hər kəsə nümunə olmalıdır”

Parlament

3 Avqust 2021, 12:43

“Milli Məclisin deputatı olmaq yüksək şərəfdir. Deputat həmkarlarımız da bunu qeyd etdi”.

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən iclasında çıxışı zamanı deyib.

 

Spiker bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan çox böyük uğurlar əldə edib.

 

Sədr, həmçinin qeyd edib ki, deputat olmaq ciddi məsuliyyət deməkdir: “Deputat özünü heç kəsdən üstün tutmalı deyil. Danışığı və hərəkəti ilə hər kəsə nümunə olmalıdır. Ümid edirəm ki, gələcəkdə bir daha belə məsələləri müzakirə etmək məcburiyyətində qalmayacağıq".

 

Qeyd edək ki, bu gün  Milli Məclisin növbədənkənar sessiyasının plenar iclası keçirilib. Növbədənkənar iclasda "Milli Məclisin deputatı Eldəniz Adil oğlu Səlimovun toxunulmazlığına xitam verilməsi haqqında" məsələ müzakirə olunub. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir