Modern.az

Parlamentin növbədənkənar sessiyası başa çatdı

Parlamentin növbədənkənar sessiyası başa çatdı

3 Avqust 2021, 12:50

Milli Məclisin növbədənkənar sessiyası işini yekunlaşdırıb.

 

Modern.az xəbərinə görə, spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilən növbədənkənar sessiyanın iclasında bir məsələ müzakirə olunaraq qəbul edilib.

 

Toplantıda Milli Məclisin deputatı Eldəniz Adil oğlu Səlimovun toxunulmazlığına xitam verilib. Bununla da parlamentin növbədənkənar sessiyası işini başa vurub.

 

İclas Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başa çatıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür