Arxiv
3 Avqust 2021, 13:44 | PARLAMENT
Eldəniz Səlimov saxlanıldı

Toxunulmazlıq hüququndan məhrum edilən millət vəkili Eldəniz Səlimov törətdiyi əmələ görə Baş Prokurorluğun İstintaq idarəsi tərəfindən saxlanılıb.

 

Modern.az xəbər verir ki, E.Səlimov bu gün Binəqədi rayon Məhkəməsində hakim qarşısına çıxarılacaq. Məhkəmə saat 14:10-da başlayacaq.

 

Xatırladaq ki, iyulun 29-da saat 1 radələrində Xaçmaz şəhərində yerləşən “Starıy Dvor” restoranında Milli Məclisin deputatı Eldəniz Səlimovun polis əməkdaşına xidməti vəzifələrinin icrası ilə əlaqədar zor tətbiq etməsi barədə Daxili İşlər Nazirliyindən daxil olan material Baş Prokurorluqda araşdırılıb.

 

Toplanan material üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanıb və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb. 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv