Arxiv
3 Avqust 2021, 19:02 | HADİSƏ
Eldəniz Səlimov həbs olundu - VİDEO (YENİLƏNİB)

Toxunulmazlığı ləğv edilən deputat Eldəniz Səlimov Binəqədi rayon Məhkəməsinə gətirilib.

 

Modern.az-ın məlumatına görə, polisi döyməkdə ittiham olunan deputat hakim qarşısına çıxarılıb.

 

Prosesdə qərar qəbul edilib.

 

Qərara əsasən E. Səlimov barəsində 3 ay müddətinə həbs- qətimkan tədbiri seçilib.

 

Qeyd edək ki, bu gün deputat Eldəniz Səlimov Baş Prokurorluğun İstintaq idarəsi tərəfindən saxlanılıb. O, iyulun 29-da Xaçmaz şəhərində yerləşən “Starıy Dvor” restoranında polis əməkdaşını döyməkdə təqsirli bilinir.

VIDEO
BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv