Modern.az

Azərbaycanlı idmançı Tokio-2020nin finalında

Azərbaycanlı idmançı “Tokio-2020”nin finalında

3 Avqust 2021, 16:58

Tokio-2020 oyunlarında yunan-Roma güləşində 67 kq çəki dərəcəsində kişilərin mübarizəsinə start verilib.

 

Modern.az xəbər verir ki, Azərbaycan əsilli Ukrayna təmsilçisi Pərviz Nəsibov finala kimi irəliləməyi bacarıb.

 

22 yaşlı güləşçi 1/8 finalda Fredrik Byerrehuusu (Danimarka), 1/4 finalda Artyom Surkovu (ROK), yarımfinalda isə Məhəmməd İbrahim Əl-Sayedi (Misiri) məğlub edərək həlledici görüşə vəsiqə qazanıb. Nəsibovun finaldakı rəqibi İran idmançısı Məhəmməd Reza Qerayi olacaq.

 

Görüş sabah keçiriləcək.

 

Qeyd edək ki, Pərviz Ağstafa rayonundan doğulub. Onun ailəsi 6 yaşı olarkən Ukraynaya köçüb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır