Modern.az

Vilayət Eyvazov iki polis rəisini işdən çıxardı

Vilayət Eyvazov iki polis rəisini işdən çıxardı

Aktual

3 Avqust 2021, 17:40

Bakı şəhəri Nərmanov rayon Polis İdarəsinin rəis vəzifəsini müqəvvəti icra edən polis polkovnik-leytenantı Farid Vəliyev işdən çıxarılıb.

 

Modern.az xəbər verir ki, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

 

Nazirin daha bir əmri ilə Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinin rəisi polis polkovniki İltimas Yusifli də vəzifədən azad olunub.

 

F.Vəliyev və İ.Yusifli rayon ərazisində karantin rejimi qaydalarının mühafizəsində yol verdikləri nöqsanlara görə işdən çıxarılıblar.

 

Daxili İşlər Nazirliyin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev hər iki faktı “Report”a təsdiqləyib.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu